“Suriya öz torpaqlarının hər bir qarışını geri qaytarmaq üçün qərar verib...” - Aleksey Yerxov...

Oxundu: 119
“Suriya öz torpaqlarının hər bir qarışını geri qaytarmaq üçün qərar verib...” - Aleksey Yerxov...

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov çıxışı zamanı Suriyanı müdafiə edib.

A.Yerxov açıqlamasında, “Suriya ordusu ərazilərinin bir hissəsini geri almağa qərar verib. Onu da vurğulayım ki, bura Suriyanın tarixi torpaqlarıdır və o öz xalqı üçün mübarizə aparır” - deyib.

 

A.Yerxov Türkiyə-Rusiya münasibətləri ilə bağlı da vacib açıqlamalar verib. Onun sözlərinə görə Suriyada, xüsusilə Hələb bölgəsində dekabr ayından bəri hücumlar artıb və ötən ay terror təşkilatları tərəfindən 1400-dən çox hücum qeydə alınıb.


Ötən ay Rusiya və Türkiyə tərəfindən İdlibdə atəşkəs elan edilsə də, yanvar ayının son iki həftəsindən mindən çox hücumun meydana gəldiyini deyən Yerxov açıqlamasında bunları bildirib:


“Artıq səbr tükənib və Suriya ordusu öz torpaqlarının hər bir qarışını geri almaq üçün qərar verib. Bunun altını çizərək deyirəm ki, həmin torpaqlar Suriyanın tarixi əraziləridir. Suriya ordusu öz torpaqlarında, öz xalqı üçün döyüşür. Bir qrup saqqallı əcnəbilərin diktə etdiyi qanunlara deyil, atalarının yaşadığı kimi yaşamaq haqları üçün döyüşürlər. Buna görə də onlar kəndləri qanunsuz silahlı birləşmələrdən xilas edib, son günlərdə strateji əhəmiyyətə malik olan M5 magistral yolunu da işağlçılardan azad etdilər”./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system