Suriya ordusuna hücum edildi – 40 ölü, 80 yaralı

Oxundu: 102
Suriya ordusuna hücum edildi – 40 ölü, 80 yaralı

Suriyadakı Rusiya Barışıq Mərkəzi, Suriyanın şimalında, İdlib əyalətində silahlıların hökümət qüvvələrinə hücumu nəticəsində 40 suriyalı əsgərin öldüyünü və 80 nəfərin yaralandığını bildirib.

 

İslaminSesi xəbər verir ki, Suriyadakı Rusiya Barışıq Mərkəzinin yaydığı məlumata görə hökümət qüvvələrinə hücum nəticəsində 40 suriyalı əsgər həyatını itirib, 80 nəfər isə yaralanıb. Cavab atəşi nəticəsində isə 50 silahlı öldürülüb, 90-a yaxın yaralanıb.

 

Suriya mənbələrinin xəbərinə görə hökümət qüvvələrinə edilən hücumda 200-ə yaxı silahlı,  20 ədəd pikap tipli avtomobil, bir tank, iki ədəd piyadaların döyüş maşını (PDM) və iki partlayıcı qurğularla yüklənmiş avtomobil iştirak edib.

 

Mənbənin bildirdiyinə görə hökümət qüvvələri İdlibin cənub-şərqində mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb, silahlılar isə 1.2 km içəri, 3.5 km eninə irəliləməyə nail olublar.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system