NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriya Ordusu Xan-Şeyxunu tam azad edib - Qruplaşmalar 20 mövqedə mühasirəyə düşüb (VİDEO)

Oxundu: 83
Suriya Ordusu Xan-Şeyxunu tam azad edib - Qruplaşmalar 20 mövqedə mühasirəyə düşüb (VİDEO)

Suriya Ordusu 3 həftə öncədən başlatdığı əməliyyatın yekunu olaraq, İdlib əyalətinin cənub qapısı olan Xan-Şeyxun şəhərini tam olaraq azad edib.

 

"İslaminSesi" SANA-a istinadla xəbər verir ki, Suriya Ordusu İdlib əyalətinin cənub qapısı olan Xan-Şeyxun şəhərini "ən-Nusra Cəbhəsi" (Heyət Təhrir-Şam), "Ceyşul-İzzə" və bu qruplaşmalarla müttəfiq olan radikal birləşmələrdən tam olaraq təmizləyib.

 

Xan-Şeyxunun azad edilməsi ilə Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda 20-dən çox qəsəbə və kənd o cümlədən strateji Murek, ət-Taminə və Kəfər-Zita qəsəbələri də mühasirəyə düşüb.

 

Qeyd edək ki, Murek qəsəbəsi ərazisində Türkiyənin post patrul xidmətinin qüvvələri var. Onların da yaxın zamanlarda bölgəni tərk edəcəyi gözlənilir.SalamNews 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system