NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriya Ordusu terrorçuların təxliyə edildiyi iki mühüm şəhərə daxil olub

Oxundu: 405
Suriya Ordusu terrorçuların təxliyə edildiyi iki mühüm şəhərə daxil olub

Suriya Ordusu Homs əyalətinin şimalı və Həma əyalətinin cənubunda yerləşən Rəstan və Təlbisa şəhərlərinə daxil olub.

İslaminSesi.info əl-İlam əl-Hərbi adlı media qurumuna istinadla xəbər verir ki, Suriya Ordusu ölkənin mərkəzi hissəsində iki mühüm şəhərə daxil olaraq bu iki şəhəri nəzarətə götürüb.

 

Qeyd edək ki, Suriyanın mərkəzi hissəsində yerləşən Homs əyalətinin şimalından və Həma əyalətinin cənubundan son 10 gündə 15 minə yaxın silahlı və onların ailələri təxliyə edilib.

 

Rusiya sülh mərkəzinin vasitəçiliyi ilə Suriya Ordusu və terror birləşmələri arasında baş tutan sazişə əsasən Dəməşqin cənubundan, Qərbi Qutadan və Şərqi-Qutadan son iki ayda 25 mindən çox silahlı təxliyə edilmişdi.

 

Bununla da Suriyanın mərkəzi hissəsi təmizlənmiş hesab edilir.

 

Hazırda terror birləşmələri Suriya-İordaniya- Colan Yüksəklikləri sərhədində yerləşən Dəra və Qunaytara əyalətlərində, Türkiyə sərhədi zolağındakı İdlib əyalətində və Fəratın şərqində qalıb.

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system