NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriya Ordusu kürdlərə: Afrini qorumağımızı istəyirsinizsə silahlarınızı bizə təhvil verin

Oxundu: 464
Suriya Ordusu kürdlərə: Afrini qorumağımızı istəyirsinizsə silahlarınızı bizə təhvil verin

Suriyanın rəsmi hərbi mənbələrindən verilən məlumata görə Suriya Ordusu Afrinə girmək və buranı Türkiyənin əməliyyatından qorumaq üçün kürdlər qarşısında şərt irəli sürüb. Şərt bundan ibarətdir ki kürd bölmələri bütün silahlarını Suriya Ordusuna təhvil verməlidir. İlkin məlumata görə kürdlər bunu qəbul etməyiblər.

İslaminSesi.info Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Suriyanın rəsmi hərbi mənbələri məlumat verib.

 

əl-Məyadin telekanalı ötən gün Suriyanın rəsmi mənbələrinə istinadla xəbər verib ki, Suriya Ordusu ilə YPG arasında Afrinin orduya təhvil verilməsi və beləcə Türkiyənin hücumundan amanda qalması üçün razılıq əldə edilib.

 

Bundan öncə Suriyanın xarici işlər nazirinin müavini Feysəl Miqdad Afrini Türkiyənin hücumundan qorumaqla bağlı fikir bildirmişdi. O bildirmişdi ki, Suriya Ordusu bu məsələni kürd bölmələri ilə müzakirə edir.

 

YPG də rəsmən bildirmişdi ki, onlar Suriya Ordusunun Afrinə gəlməsi və Afrini “Türkiyənin işğalından qorumasını” qəbul edir.

 

Türkiyə və onun Suriyadakı müttəfiqlərindən biri "Azad Suriya Ordusu" ötən ayın 20-dən başlayaraq, Afrində YPG və PYD-yə qarşı əməliyyata başlamışdı. Suriya Ordusunun bura girəcəyi təqdirdə Türkiyə ciddi siyasi maneə ilə üzləşəcək.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system