"Suriya ordusu İdlibdə terrorçularla savaşır” - Kremldən AÇIQLAMA

Oxundu: 103

Moskva İdlibdə baş verənləri Suriya silahlı qüvvələrinin terrorçulara qarşı mübarizəsi kimi qiymətləndirir.

Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov deyib. Onun sözlərinə görə tərəflərin Soçi sazişinə uyğun olaraq götürdükləri öhdəliklər yerinə yetirilməlidir.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi İdlib deqalasiya zonasında hazırkı vəziyyətə görə, Türkiyəni suçlu çıxarmışdı. Qeyd olunmuşdu ki, gərginliyin əsas səbəbi Türkiyənin Soçidə götürülən öhdəlikləri yerinə yetirməməsi olub.

 

Peskov vurğulayıb ki, Suriya ordusunun məqsədi yaraqlıların təcavüzkar fəaliyyətlərini zərərsizləşdirməkdir./Cebhe.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system