Suriya ordusu Həmada 5 min terrorçunu mühasirəyə aldı

Oxundu: 193
Suriya ordusu Həmada 5 min terrorçunu mühasirəyə aldı

İdlib əyalətindəki Xan Şeyxun şəhərini azad edən Suriya ordusu Həma əyalətinin şimalındakı 5 mindən çox terrorçunu mühasirəyə alıb.

 

"İslaminSesi" bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb.

 

 

Məlumata görə, 5 mindən çox terrorçu Həma şəhərinin şimalında, 207 kvadrat kilometr ərazidə mühasirəyə alınıb. Bölgədə olan "Ceyşul İzzə" terror qruplaşmasının lideri külli miqdarda pulla bölgəni tərk edib. Terrorçulara təslim olmaq üçün vaxt verilib.  

 

Hərbi ekspert və ehtiyatda olan Suriya ordusunun polkovniki Əli Məqsudi bildirib ki, Suriya ordusu Xan Şeyxunu mühasirəyə aldıqdan sonra terrorçular İdlib vilayətinə və Türkiyə sərhəddinə qaçıblar. Türkiyə xarici terrorçuların mənsub olduqları ölkələrə qaçmalarına icazə verib.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system