Suriya ordusu Hələb əyalətində böyük bir şəhərə nəzarəti ələ aldı

Oxundu: 105
Suriya ordusu Hələb əyalətində böyük bir şəhərə nəzarəti ələ aldı

Suriya ordusu Hələb əyalətinin "Böyük Urm" şəhərini terrorçulardan təmizləyərək nəzarəti ələ alıb.

 

İslaminSesi Suriya mənbələrinə istinadən xəbər verir ki, Vahid Suriya Ordusu bu gün Hələb əyalətinin cənub-qərbində 46-alay adlı məntəqəni, bir neçə kəndi terrorçulardan azad edib, o cümlədən Atarib bölgəsinə yaxınlaşıb.

 

Ordu həmçinin dünən, Hələb əyalətinin Böyük Urm şəhərini Nusra Cəbhəsi terrorçulardan təmizləyərək, şəhərə tam nəzarəti ələ alıb.

 

Mənbənin bildirdiyinə görə Böyük Urm-a Hələb-Dəməşq yoluna nəzarət İdlibdə terrorçuların çətin vəziyyətə düşməsi, onların istehkamlarının dağıdılması deməkdir.

 

Həmçinin mənbənin məlumatına görə Vahid Suriya Ordusu şimala doğru irəliləyərək Radvan məntəqəsi istiqamətində hərəkət edir.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system