Suriya ordusu 3 kəndi terrorçulardan azad etdi

Oxundu: 145
Suriya ordusu 3 kəndi terrorçulardan azad etdi

Vahid Suriya Ordusu Hələb əyalətində 3 kəndi azad edib.

 

İslaminSesi SANA-ya istinadən xəbər verir ki, Vahid Suriya Ordusu Hələb əyalətində 3 kəndi azad edib.

 

Mənbənin bildirdiyinə görə Suriya Ərəb Ordusu bölmələri Hələbin qərb məntəqələrində terror təşkilatlarına qarşı hərbi əməliyyatları genişləndirir.

 

Son həmlədə 3 kəndin: Satrun, Hour və Ancar kəndləri azad edilərək terrorçulardan təmizlənib.

 

Xatırladaq ki, dünən televiziya vasitəsi ilə çıxış edən Bəşər Əsəd, Suriya torpaqlarının sona qədər terrordan təmizlənəcəyini, əməliyyatların dayandırılmayacağını bildirib.

 

 Qeyd edək ki, Suriya Ordusu son 3 həftədə Hələbin cənub-qərbində və İdlibin şərqində apardığı əməliyyatlar çərçivəsində Hələb-Dəməşq yolunu, Hələb şəhərini və ümumilikdə Hələbin qərbində 40-a yaxın qəsəbə və kəndi nəzarətə götürüb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system