Suriya ordusu 2 kənd və 1 yüksəkliyi azad etdi

Oxundu: 141
Suriya ordusu 2 kənd və 1 yüksəkliyi azad etdi

Suriyanın hökumət ordusu 2 kənd və 1 yüksəkliyi azad etməklə İdlibdəki əsas şəhər olan Xan-Şeyxuna yaxınlaşmaqda davam edir.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, regionda silahlı qruplaşmalarla qızğın döyüşlərdən sonra Suriya hərbçiləri Aas və Kafr-Ayn kəndləri, eləcə də əl-Hübəyt şəhərindən şərqdə, İdlib əyalətinin cənubunda yerləşən Tell-Aas təpəsi üzərində nəzarəti ələ keçirib.

 

Qeyd olunur ki, Suriya ordusu Əl-Hübəyti "Cəbhət-ən-Nusra" terrorçularının əlindən bazar günü azad edib.

 

Suriya ordusu M5 Dəməşq-Hələb yolunda yerləşən Xan-Şeyxunu qərb və şərqdən mühasirəyə alıb.

 

Hazırda 2 şəhərin sakinləri səhrada dolama yollardan istifadə edirlər, çünki M5 yolunun çox hissəsi quldur dəstələrlərinin əlində olan İdlibdən keçir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system