NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 1963
"

Suriya olayları bu ölkələrin maskalarını cıraraq həqiqi kimliklərini göstərdi - VİDEO

Suriya olayları lakmus kimi hər kəsin tərkibini aşkara çıxarır

Əfqanıstana hücum (2001), İraqa müdaxilə (2003), Liviyaya hücum (2011), İŞİD-lə mübarizə bəhanəsilə ABŞ koalisiyasının Suriyaya soxulması (2014), Səudiyyə Ərəbistanı koalisiyasının Yəmən müharibəsinə başlaması (2015), bütün bu qırğınların hamısı rəsmi Vaşinqtonun başçılığı və yaşıl işığı ilə həyata keçirilib və indi də davam edir. Bu təcavüzlərdə ən maraqlı məqam isə onların heç birinin BMT Təhlükəsizlik Şurasının qərarı olmadan həyata keçirilməsidir.

 

Cinayətlər bununla bitmir; BMT TŞ-ın qərarı olmadan həyata keçirilən bu qırğınlar elə həmin BMT binasında leqallaşdırılır və legitimləşdirilir. 6 milyon fələstinlini evindən didərgin salan və onlardan milyondan artığını qırğına verən sionist rejiminə görə həmin BMT binasında və həmin bu ABŞ hökuməti tərəfindən 20-dən çox qətnamə layihəsi veto edilib.


Senari davam edir; Evlərindən qovulan və xaricdə yaşayan 5 milyon fələstinli, mühasirədə qalan qəzzalılar (2.5 milyon) və İordan çayının qərb sahilində sionistlərin nəzarətində qalan (3 milyon) ümumilikdə 12 milyon fələstinli də dövlət qura bilməzlər. Onların dövlət qurmağa haqqı yoxdur. Bunu ABŞ deyir və dediyini də BMT TŞ-ın qətnamələrini veto etməklə müsəlmanlara gözdağı verir.


Bu azmış kimi irqçi Tramp rejimi fələstinlilərin son amalı Qüdsü İsrailin paytaxtı bilir. Həmin Qüds ki, BMT qərarlarına əsasən (iki dövlətin təsisi prinsipi) onun şərqi fələstinlilərin dövlətinin paytaxtı olmalıdır.


Məşum plan davam edir; Yaxın Şərqdə yalnız İsrailin nüvə silahına malik olması lazımlı işdi və bu onun təhlükəsizliyini təmin etməsinə görədir. Amma İranın nüvə texnalogiyası nəzarət altında olmalı, hətta özünü müdafiə etmək üçün ballistik raketləri belə olmamalıdır. ABŞ belə deyir.


Tramp deyir ki, biz sərvəti çox olan totalitar Səudiyyə Ərəbistanı və digər körfəz ərəb rejimlərilə hərbi müqavilələr imzalamaqla ölkəmizdə yeni iş yerləri açacaq, Amerika xalqının rifahını yaxşılaşdıracağıq. Amma eyni zamanda da vaxtı vaxtında seçkilərin keçirildiyi İranı, mühasirədə qalmış husilərə silah göndərməklə ittiham edir və beləcə Səudiyyəyə atılan ballistik raketlərin İran istehsallı olduğunu önə çəkərək, Tehrana qarşı sanksiyaların həyata keçirilməsini istəyir.


Tramp Yəməni xarabaya çevirən Səudiyyə rejimi ilə 110 milyardlıq hərbi müqavilə bağlayan və eyni zamanda Yaxın Şərqin sabitliyini pozmaqda İranı ittihamlandıran şəxsdir.


Bunu yalnız ABŞ hakimiyyəti edə bilər; Beynəlxalq ictimaiyyəti təmsil edən Altılıq ölkələrinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişini, rahatlıqla pozacağam deyib, hey ona-buna xəbərdarlıq edən dövlət də ABŞ dövlətidir.


Bütün bu cinayətlər və ziddiyyətli siyasət fonunda Suriyada baş verənlər də göz qarşısındadır.


Terrorla mübarizəni bayraq edərək, müxtəlif müsəlman ölkələrinə müdaxilə edən ABŞ, İŞİD, Ən-Nusra və sair radikal terror qruplaşmaları ilə ölüm-dirim mübarizəsinə girən Suriya Ordusuna qarşı niyə hərəkətə keçir?!. 2013-2015 –ci illərdə radikal-təkfirçi “Azad Suriya Ordusu”nu, Suriyadakı döyüş cəbhələrində balans yaransın deyə “TOW” raketləri ilə silahlandıran ABŞ deyildimi?! (Abş rəsmilərinin etirafına görə, sonradan bu silahlar əl-Qaidənin bölgədəki şaxəsi Ən-Nusra-nın əlinə keçdi.)


Həmçinin ABŞ rəsmilərinin xüsusilədə Suriyadakı sabiq səfiri Robert Stefan Fordun etiraflarına görə ABŞ qüvvələrinin Suriyada təlim keçdiyi 5 min ünsürdən 4 mini hazırda radikal birləşmələrin tərkibinə keçib.


ABŞ-ın Suriya ilə bağlı paradoksları davam edir;


Həyatında heç vaxt seçki görməyən totalitar ərəb rejimlərini özünə müttəfiq bilən ABŞ-ın, seçkilərin olduğu Suriyada Bəşər Əsədə diktator deməsi ziddiyyət deyilmi?!
BMT-də təmsil edilən, müstəqil və suveren Suriya hökumətindən heç bir icazə olmadan separatçı kürd bölmələrinin olduğu bölgədə (Rəqqa, Həsəka, Dirazzur) bazalar yaratmaq nə deməkdir?! Bununla yanaşı Suriya hökumətinin dəvəti ilə ölkədə hazır olan İran və Rusiya qüvvələrini bölgənin sabitliyini pozmaqda ittihamlandırmaq həyasızlıq deyilmi?!


Hələ bu azmış kimi, radikal-terror birləşmələri ilə müharibədə irəliləməkdə olan Suriya Ordusunu və onların müttəfiqlərini bombalamaq nə demək?!


Sonda isə (baxmayaraq ki ABŞ-ın məkrləri bitmək bilmir) “kimyəvi hücum” oyunu haqda;


2013-cü ilin avqustunda Şərqi-Qutada (son günlərdə tam azad edilib) “kimyəvi hücum” oyunu həyata keçirildi. Oyun ona görə deyilir ki, o zaman Kimyəvi Silahları Qadağan edən Təşkilat bunun Suriya Ordusu tərəfidnən həyata keçirilməsini təsdiqləmədi. O zamankı oyuna görə, Suriya hökumətinə qarşı ciddi kompaniya başladı. Körfəz ərəb ölkələrinin sərmayəsi və Qərb media qurumlarının təbliğatı ilə Suriya hökumətinin kimyəvi arsenaldan təcrid edilməsi həyata keçirildi və Kimyəvi Silahları Qadağan edən Təşkilat sonda Suriya hökumətinin nəzarətində kimyəvi silahın olmadığını bəyan etdi.


Lakin ölkədə radikal terror qruplaşmaları gerilədikcə sabiq oyunun təkrarlanmasına ehtiytac duyulurdu. Buna görə ötən il “ən-Nusra Cəbhəsi”nin oldğu Xan-Şeyxunda oyun yenidən səhnələşdirildi. Tramp dərhal Bəşər Əsədi cəzalandırcağını dedi: Bir neçə gün sonra hökumətin nəzarət etdiyi Şueyrat bazasına raket zərbələri endirildi. Özüdə Kimyəvi Silahları Qadağan edən Təşkilatın araşdırmasını və araşdırmanın nəticələrini gözləmədən və BMT-ın qərarı olmadan.


Şərqi-Quta qruplaşmaların əlindən çıxdıqda ABŞ və müttəfiqləri yenidən sabiq teatra əl atdı və kimyəvi hücum səhnələşdirildikdən sonra yeni hücum başladı. Bu dəfə də Kimyəvi Silahları Qadağan edən Təşkilatın araşdırmasını gözləmədən və BMT-in qərarı olmadan. ABŞ, Fransa və Britaniya bu təcavüz üçün hətta ölkələri daxilindəki parlamentlərin icazəsini də almağa ehtiyac görmədilər.


Suriya müxalifəti nümayəndələrinin etirafına görə ABŞ heç də Suriyada demokratiya axtarışında deyil. O demokratiya çarçısı olsaydı, bunu Misirdə, Bəhreyndə, İordaniya, Səudiyyə, BƏƏ, Küveyt və sair müttəfiq olduğu dövlətlərdə də tətbiq etməyə çalışardı. ABŞ və müttəfiqləri Suriyada həyata keçirilən son bir saatlıq hücumdan Dəməşqə, Rusiya və İrana bu mesajı verir ki, bir də (radikal birləşmələrlə döyüşdə) irəliləsən mən də müəyyən yolla vuracağam. Onlar bunu edir ona görə ki, Suriya münaqişəsinin nizamlanması məsələsində rıçaklarının bitdiyindən narahatdırlar. Hal hazırda isə ABŞ-ın Suriyada əldə saxlaya bildiyi rıçak kürd bölmələrini və separatçılığı dəstəkləmək yoludur.


Suriya münaqişəsi Qərbin regionla bağlı məkrli siyasətini daha açıq və aydın göstərə bildi. Plan budur ki, imkan daxilində bölgədə iş başına gələn dövlət və hakimiyyətlər zəif olsun. Ən əsası bölgədə rifah içində olan totalitar rejimlərin gözündə İran fobiyası yaratmaqla onlara daha çox silah satmaq müyəssər olsun. Onlara görə münaqişələr davam etməlidir. Bölünən bölgə dövlətlərinin millət, məzhəb, din və sair faktorlar əsasında yenidən bölünməsi lazımdır ki, yaranan münaqişələrdən dolayı həm İsrail təhlükəsizliyini təmin edə bilsin həm də onlar totalitar rejimlərə silah verib neft ala bilsinlər.

 

Buna baxmayaraq bəzi region dövlətlərinin xüsusilə də Türkiyənin ABŞ-la ittifaqda qalması təəccüb doğurmaya bilməz. ABŞ “Fəto cərəyanı” ilə, Suriya və İraqdakı kürd bölmələrinin dəstəklənməsi ilə Türkiyə milli təhlükəsizliyini ard-arda zərbələr vurduğu halda rəsmi Ankaranın onunla strateji ittifaqda qalması anlaşılan deyil. Bu onu deməyə əsas verir ki, rəsmi Ankaranın ABŞ-ın Suriyanı vurmasını təsdiqləməsi (Binəli Yıldırım bu zərbələrin davam etməsini istəmişdi) onun hələ də sabiq məzhəbçi faktorları ilə danışmasından xəbər verir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system