“Suriya nefti bizim əlimizdədir və istədiyimiz kimi istifadə edərik” – Tramp (Video)

Oxundu: 198
“Suriya nefti bizim əlimizdədir və istədiyimiz kimi istifadə edərik” – Tramp (Video)

ABŞ prezidenti Donald Tramp Suriya neftinin ABŞ-ın nəzarətində olduğunu və onunla istədiyi kimi davrana biləcəklərini deyib.

 

İslaminSesi xəbrər verir ki, İngiltərənin paytaxtı Londonda NATO zirvə görüşünün açılışında çıxış edən Tramp, Suriya neftini istədikləri kimi xərcləyə biləcəklərini deyib:

 

“İŞİD neftə nəzarət etməyə çalışırdı, lakin hazırda tam şəkildə bizim nəzarətimizdədir. Açıq şəkildə deyə bilərəm ki, bu sahədə çox sayda müxtəlif insanların dəstəyini alırıq. Əsl həqiqətdə deyə bilərəm ki, hazırada Suriyada yalnız neft sahələrinə nəzarət edən əskərlərimiz qalıb. Neft bizim əlimizdədir. Bu bizə imkan verir ki, onunla istədiyimiz kimi rəftar edə bilək.”

 

Xatırladaq ki, oktyabır ayında Türkiyənin başlatdığı “Barış Pınarı” hərbi əməliyyatından sonra, ABŞ ordularını Suriyadan tam çıxacağını açıqlamışdı. Lakin Türkiyənin əməliyyatları dayandırmağı ilə İraqa sığınan ABŞ qüvvələri yenidən Suriyanın şimalına qayıtmağa başladı.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system