DÜNYA

Oxundu: 88
Suriya hökuməti Amerikanın kürdlərlə bağlı yeni məkrli planına cavab verib

Suriya hökuməti Amerikanın kürdlərlə bağlı yeni məkrli planına cavab verib

ABŞ hökumətinin başçılıq etdiyi “İŞİD-ə qarşı koalisiya” son günlərdə elan edib ki, onlar Suriyadakı müttəfiq qüvvələrindən (kürdlər) ibarət 30 minlik qüvvə tədarük görəcək və bu qüvvələr Suriya-Türkiyə və Suriya-İraq sərhədlərini qoruyacaq.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad ötən gün verdiyi müsahibədə bildirib ki, Amerikanın yeni planı öncəkilər kimi məğlubiyyətə uğrayacaq. Feysəl Miqdad bildirib ki Amerikanın bu planı onlar üçün gözlənilməz deyildi və Suriya əvvəldən bilirdi ki onların addımları İsrailin addımları ilə uyğundur.

 

“Suriya hökuməti və xalqı ölkənin bütün ərazilərini terrordan və onun əlaltılarından təmizləyəcək. Suriya Ordusu ölkənin bütün ərazilərinə çatacaq. İstəsinlər ya istəməsinlər.”

 

Bundan öncə Suriya Xarici İşlər Nazirliyi də ABŞ koalisiyasının addımlarını pisləmişdi. Suriya XİN-in bəyanatında həmçinin gəlib ki, ABŞ-ın dəstəklədiyi hər bir qruplaşmaya daxil olan suriyalı xalqına və vətəninə xəyanət etmiş sayılır.

 

ABŞ koalisiyasının bu bəyanatını rəsmi Moskva və Türkiyə də kəskin pisləyib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu qüvvələrin məhv ediləcəyini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system