NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 2515
Suriya hadisəsindən sonra ABŞ mifi və inandıqları

Suriya hadisəsindən sonra ABŞ mifi və inandıqları "Amerika Tanrısı" öldü - VİDEO

"O raketlər Türkiyəyə atılsaydı darmadağın olmuşduq.Türkiyənin əlində Suriyanın malik olduğu 30 il öncəki silahlar da yoxdur".

İslaminSesi sizə araşdırmaçı, yazar Səlim Kotilin son hadisələr haqqında təhlilini təqdim edir. 

 

"Suriyaya hücumla Amerikanın silah üstünlüyünün mif olduğu meydana çıxdı. Gəlin indi bu məsələni maddə-maddə xatırlayaq. Əgər yadınızdadırsa hələ İraqda müsəlmanların üstünə bomba yağdırarkən İraq səmalarında ABŞ-ın F14-ləri, ingilislərin tornadoları və fransızların jetleri kef edirdilər. Amma gəldilər Aralıq dənizi bölgəsinə, oradan bircəciyi Suriyanın hava sahəsinə girə bilmədi. Bundan öncə İsrail də buna cəhd etmişdi. ABŞ-dan aldığı Tokkeklərlə Suriyanın hava sahəsinə girdi, amma vurub saldılar. Bunun üçün yalnız S200-dən istifadə olundu. S200 isə rusların 30 il öncə istehsal etdiyi müdafiə sistemləridir.

 

Əgər bu gün Türkiyə Afrində əməliyyat edirsə, buna Suriya və Rusiya izn verdiyinə görə edə bilir. Yoxsa bu hava sərhəddini heç bir təyyarə poza bilməz. Bəs dünən nə oldu? Dünən 103 dənə amerikalıların o çox lovğalandıqları tomhavğlardan istifadə olundu. Atılan bu 103 dənə raketlər yalnız döyüş gəmilərindən, sualtı qayıqlardan atıldı. Bu raketləri əsasən 3 bölgədə yerləşən bazalara istiqamətləndirdilər. Bu 103 raketin 46 dənəsini Suriya hərbi hava bazalarına atdılar. Bu 46 raketin hamısı havadaca məhv olundu. Yəni yerə ancaq həmin raketlərin parçacıqları töküldü. 103 raket atıldı və bunların da 70 % havada vuruldu, yerdə qalanlar isə çölə, səhraya düşdü. Əgər yadınıza düşürsə İraq bombalanarkən canlı görüntülər verirdilər. Bəs indi hanı o raketlər? Görüntülər Suriyaya atılan raketin yalnız qalxdığını görüntüləyirlər. Yaxşı, qalxdı bəs hara düşdü o raket? İkinci görüntü isə həmin Tomhavkların havada vurulduğu andır.

 

Qeyd edək ki, sözügedən raketlərin sürəti saniyədə 250 metrdir. S400 isə bu sürətin 25 qatına malikdir. Bu isə saniyədə 4-5 kilometrdir. Suriyanın əlində isə heç S400 yoxdur. Onların əlində 30 il bundan əvvəl Sovetdən aldığı silahlar var. Bu silahlar kifayət elədi. Bu barədə Rusiya rəsmi açıqlama verdi. Onlar bildirdilər ki, bu hadisədən sonra Suriyaya S300 vermək fikrindədilər. İndi təsəvvür edin ki, bu raketlər Türkiyəyə atılsaydı darmadağın olmuşduq. Türkiyənin əlində Suriyanın malik olduğu 30 il öncəki silahlar da yoxdur. Bu gün Türkiyə İsraili qorumaq üçün radar sistemi qurmaqdansa heç olmasa o 30 il öncəki silahlardan alsa təhlükəsizliyimiz təmin olardı. Suriya hadisəsindən sonra o ABŞ mifi dağıldı və inandıqları Amerika Tanrısı öldü".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system