DÜNYA

Oxundu: 75
Sürət həddini aşan isveçlı milyarder 31 min dollar cərimələndi

Sürət həddini aşan isveçlı milyarder 31 min dollar cərimələndi

İsveçin əczaçılıq üzrə maqnatı Ernesto Bertarelli sürət həddi 50 olan yerdən 88-lə keçdiyinə görə 310 min frank (31 min dollar) cərimələnib.

İslaminSesi bildirir ki, İsveçdə yol hərəkəti qaydalarına görə cərimələr şəxslərin malik olduqları mal varlıqları ilə ölçülür. Adi bir vətəndaşın ödəyə biləcəyi cərimə Ernesto Betarelliyə baha başa gəlib. Çünki Bertarelli İsveçdə ən varlı insanlardan biri hesab olunur. Onun bütün var dövləti 16 milyard dollar təşkil edir. Ernesto qazancını əczaçılıq, biotexnologiya və tibbi ləvazimatların satışından əldə edib. 

 

Qeyd edək ki, İsveç cərimələrin insanların var-dövləti ilə uzlaşdıran tək ölkə deyil. Məsələn, Finlandiyada Nokia şirkətinin rəhbəri 2002-ci ildə sürəti 30 qoyulan yeri 45-lə getdiyinə görə 103 min ABŞ dolları ödəməli olmuşdu. 2015-ci ildə biznesmen Reym Kuysl 54 min avro cərimələnmişdi. (Rt(english)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system