NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Supergüclərin Çin qorxusu - “Asiya əjdahası” əzəli rəqibləri birləşdirir

Oxundu: 1067
Supergüclərin Çin qorxusu - “Asiya əjdahası” əzəli rəqibləri birləşdirir

Məhəmməd Əsədullazadə: “Bu gün Çinin apardığı yumşaq güc siyasəti artıq Vaşinqtonda narahatlıq yaradır və bu səbəbdən ABŞ ona qarşı yeni müttəfiqlərə ehtiyac duyur”

 

Beynəlxalq müstəvidə baş verən son geosiyasi proseslər maraqlı məqamları ilə siyasi ekspertlərin diqqətini cəlb etməkdədir. Belə ki, Yaxın Şərqdə daha ağır vəziyyətin mövcudluğu ilə yanaşı, Mərkəzi Asiya və Sakit okean hövzəsində də mürəkkəb proseslər cərayan edir. Ekspertlər Vaşinqton, Moskva və Pekinin son vaxtlar atdıqları addımları geosiyasi proseslər kontekstində təhlil edərkən bir məqamı xüsusi vurğulayırlar ki, Rusiyanın bu bölgədə fəallığı onun sərhədləri boyu yerləşmiş ərazilərdə nüfuzunu itirmək təhlükəsindən qaynaqlanır. Söhbət Çinin Mərkəzi Asiyada son illər daha fəal olmasından gedir.

 

Qeyd edək ki, baş verənlər ABŞ, Rusiya və Çinin geosiyasi müstəvidə apardıqları mübarizəyə bəzi  çalarlar əlavə edir. Bu müstəvidə rusiyalı  politoloq Andrey Piontkovskinin dedikləri az maraq doğurmur. Politoloq   Putinin dediklərinə əsaslanaraq bildirib ki, Avropada ABŞ istehsallı raketlər yerləşdirilməyənə qədər Rusiya burada öz raketlərini yerləşdirməyəcək. Onun sözlərinə görə, əslində bu raketlər Çin ərazisindəki obyektlərə doğru yönələcək.

 

Bəs bu hadisələr fonunda, Rusiya və ABŞ-ın Çinə qarşı razılığa gəlməsi haqda iddiaların ciddi əsası varmı? Ümumiyyətlə Amerika ilə əzəli rəqib olan Rusiya belə bir addım atacağı təqdirdə hadisələrin sonrakı inkişafı barədə nələri söyləmək olar?

 

"İslamınsəsi" saytının sualını cavablandıran politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, ABŞ-la Çin arasında ticarət müharibəsi gedir və ABŞ prezidenti Donald Trampın Çinə qarşı gömrük rüsumlarını qaldırması rəsmi Pekinin milyardlarla dollar itirməsinə gətirib çıxarıb: "Qeyd edim ki, Çin "Asiya əjdahası" rolunda regionda ABŞ və Rusiyanın təsirinin yayılmasına qarşı mübarizə aparır. Məsələ bundadır ki, Çin Rusiyanın Şərq istiqamətini öz nüfuz dairəsi hesab edir, özünün hərbi kontingenti və işçi qüvvəsi ilə bu regionda nüfuzunu artırır. Digər tərəfdən də Cənubi Çin dənizində ABŞ-la üz-üzə gəlir. Çünki dünyanın əsas ticarət yolu olan bu regionda ABŞ Çinin maraqlarının bölgə ölkələrində artmasına qarşıdır. Hesab edirəm ki, bu gün Çinin apardığı yumşaq güc siyasəti artıq Vaşinqtonda narahatlıq yaradır. Ona görə də Çinə qarşı ABŞ yeni müttəfiqlərə ehtiyac duyur. Çin hazırda ABŞ-ın iqtisadi cəhətdən nəhəng rəqibidir”.

 

ABŞ-ın Çinə qarşı Rusiya ilə birgə fəaliyyətinə gəldikdə isə, politoloq hesab etdiyini bildirdi ki, Vaşinqton  Moskva ilə bu aspektdə danışıqlar apara bilər: “Amma Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarının qüvvədə olduğu bir müddətdə Kremlin onunla Çinə qarşı birləşməsi real görünmür. Düzdür, Rusiya da Çinin rolunun güclənməsini özünün regional təhükəsizliyinə təhdid görür. Qeyd edim ki, Çinin güclənməsi Rusiyanın Uzaq Şərqinə ərazi iddiaları irəli sürməsinə gətirib çıxara bilər. Gələcək perspektivdə Çinə qarşı Rusiya özünə təhlükə görərsə ABŞ-la birləşməsi mümkündür. Yaxın perspektivədə isə hələ ki mümkün görünmür”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system