NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Oxundu: 102

"Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefaya göndərilib.

"İslaminSesi.info"  klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.

Qeyd edək ki, Nazim Süleymanov bu ilin iyununda “Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb. Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda “Keşlə”yə 1:4 hesabı ilə uduzub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system