Sumqayıtda yanğın – Əraziyə Xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edildi - Fotolar

Oxundu: 180
Sumqayıtda yanğın – Əraziyə Xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edildi - Fotolar

İslaminSesi.info KONKRET.az - a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin xeyli sayda texnika və canlı qüvvəsi cəlb olunub.

 

Adıçəkilən idarənin rəis müavini polkovnik Mirfuad Mahmudov bildirib ki, yanğın obyektin  20 kvadrat metrlik lambir tavan, 10 kvadratlıq isə soba hissəsini əhatə edib. Qısa zaman ərzində yanğının qarşısı alınıb və dönərxanaya bitişik olan  “Yaşıl” marketə keçməsinə imkan verilməyib.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

İlkin versiyaya  görə yanğın sobanın həddindən artıq qızması nəticəsində yaranıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system