NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sumqayıtda toya gedən avtomobil qəzaya düşüb, 2 qardaş ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Oxundu: 117
Sumqayıtda toya gedən avtomobil qəzaya düşüb, 2 qardaş ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

 

"İslaminSesi.info" nın  verdiyi məlumata görə, qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

 

Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.

 

***

"İslaminSesi.info" -nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

 

Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system