NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 172
Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı

Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

"İslaminSesi.info" bildirir ki, DİN-dən  verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.trend

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system