NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb

Oxundu: 147
Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İslaminSesi.info" -nın verdiyi məlumata görə, hadisə şəhərin "Şərq Bazarı" adlanan ərazinin yaxınlığında baş verib. 

 

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib. 

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system