NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sumqayıt kinoteatrları “pivənoy” və restorana necə çevrildi? - Videoreportaj

Oxundu: 1400
"

Paytaxt Bakıda bir sıra dövlət və özəl kinoteatrlar mövcud olsa da, ölkənin ikinci ən böyük şəhəri sayılan Sumqayıtın sakinləri bu zövqü yaşamaqdan məhrumdurlar.

Buna səbəb şəhərdə bir dənə də olsun kinoteatrın fəaliyyət göstərməməsidir.

 

Bir zamanlar şəhərdə mövcud olmuş kinoteatrlar ya avtomobil salonuna, ya pivəxanaya , ya da restorana çevrilib. Belə ki, şəhərdə SSRİ dövründə fəaliyyət göstərən və sakinlərin kino marağını yüksək səviyyədə təmin edən “Qarabağ”, “Vaqif” və “Nizami” kinoteatrlarının fəaliyyət profilləri dəyişilib. Sözügedən məkanlarda çəkiliş apararkən bir daha bunun şahidi olduq.

 

 

Bir zamanların məşhur kinoteatrları artıq sahibkarlar tərəfindən özəlləşdirilib və istifadəyə yararsız hala salınıb. Lakin qaranlıq yolun sonunda nəhayət ki, işıq görünməkdədir. Belə ki, mövcud məsələ ilə bağlı Sumqayıt şəhər Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Ceyran Axundova bildirib ki, adıçəkilən kinoteatrlar artıq uzun müddətdir idarənin balansında deyil. Həmin obyektlər 2006-cı ildən özəlləşdiriliblər. Yalnız “Nizami” kinoteatrı idarənin balansındadır və bu mədəniyyət mərkəzi artıq yaxın günlərdə təmirə bağlanacaq. Ceyran Axundova qeyd edib ki, ilin sonuna qədər sözügedən kinoteatr tam olaraq şəhər sakinlərinin istifadəsinə veriləcək. Odur ki, kino izləmək həzzini kinoteatrlarda yaşaya bilməyən Sumqayıt sakinlərinin bir az daha səbr etmələri məsləhətdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR REPORTAJ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system