NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sudanda çevriliş edən general özu de istefa verdi

Oxundu: 91
Sudanda çevriliş edən general özu de istefa verdi

Sudanda 30 illik diktator Ömər əl-Bəşiri devirib həbs edən müdafiə naziri, Hərbi Şuranın rəhbəri, general Avad bin Auf istefa verib.

İslaminSesi-nin RBK-yə istinadən verdiyi xəbərə görə, bu haqda BBC yazır.

 

Müdafiə naziri istefa haqda dövlət televiziyasında çıxışı zamanı elan edərək bildirib ki, onun yerinə Hərbi Şuranın rəhbəri generalı Abdulfəttah əl-Burhan olacaq.

 

Bildirilir ki, etirazçılar onun Ömər əl-Bəşirə vaxtilə çox yaxın olduğunu deyərək küçələri tərk etməkdən imtina edəndən sonra Avad bin Auf bu qərarı qəbul edib.

 

Nazirin istefa qərarını etirazçılar öz qələbəsi hesab edir. Hazırda onlar ölkədə vətəndaş idarəsinə keçidi tələb edirlər və yalnız bundan sonra küçələrdən evə qayıtmağa hazır olduqlarını deyirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system