NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sudan ordusu Ömər əl-Bəşiri Beynəlxalq cinayət məhkəməsinə verməyəcək

Oxundu: 45
Sudan ordusu Ömər əl-Bəşiri Beynəlxalq cinayət məhkəməsinə verməyəcək

Sudan ordusu hakimiyyətdən kənarlaşdırılmış prezident Ömər əl-Bəşiri Beynəlxalq cinayət məhkəməsinə (BCM) verməyəcək.

İslaminSesi-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda ölkəsinin Hərbi şurasının siyasi komitəsinin başçısı general Ömər Zeyn əl-Abidin Xartumda keçirilən mətbuat konfransı zamanı bildirib.

 

Generalın sözlərinə əsasən, nə al-Bəşir, nə də ölkənin digər vətəndaşı xarici strukturlara verilməyəcək.

 

Əl-Abidin bildirib ki, sabiq prezidenti vətəndə mühakimə edəcəklər, aylardır davam edən etiraz aksiyaları zamanı insanların ölümündə günahkar olanlar isə, məhkəmə qarşısında cavab verəcək və məsuliyyətdən boyun qaçıra bilməyəcəklər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system