Sudan ilk dəfə hava məkanını İsrailə açdı

Oxundu: 82
Sudan ilk dəfə hava məkanını İsrailə açdı

Sudan tarixdə ilk dəfə öz hava sərhədlərini İsrail təyyarələri üçün açıb. Bu, Netanyahu və əl-Bürahının danışıqlarının nəticəsidir.

İslaminSesi İQNA-ya istinadən bildirir ki, "AA"-nın verdiyi xəbərə görə, İsrailin baş naziri Binyamin Netanyahu və Sudanın müvəqqəti keçid dövləti şurasının rəisi Əbdülfəttah əl-Bürhanın Uqandadakı görüşündən (3 fevral 2020) iki həftə sonra İsrail təyyarəsi Sudanın hava yollarından istifadə edib.

 

İsrailin Jet təyyarəsi (M-ABGG) cari həftənin əvvəlində Konqo respublikasının paytaxtı Kinşaz şəhərinə uçub və Sudanın hava yollarından istifadə edərək İsrailin "Ben Gurion" hava limanına geri dönüb.

 

İsrail koduna malik olmayan bu təyyarə cari həftənin birinci günü axşam saatlarında Süveyş kanalı, Eritreya, Efiopiya, Keniya və Uqanda hava yollarından keçən məsafəni yeddi saata qət edərək Konqoda eniş edib. İsrailə qayıdan təyyarə Mərkəzi Afrika Respublikası, Sudan və Misr hava yollarından istifadə edərək 7 saata getdiyi məsafəni 5 saat 30 dəqiqəyə qət edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system