Su bəndi uçdu — 13 ölü, 14 yaralı, 13 itkin

Oxundu: 56
Su bəndi uçdu — 13 ölü, 14 yaralı, 13 itkin

Rusiyanın Krasnoyarsk diyarının Kuraqin rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 13 nəfər ölüb.

İslaminSesi-nin Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, 13 nəfərin taleyi barədə məlumat yoxdur. Hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı və onlardan 3-nün vəziyyəti həddən artıq ağırdır və onlar dərhal Kuraqin rayon xəstəxanasına götürülüb, digərlərin də vəziyyəti ağırdır. Hazırda onların da xəstəxanaya aparılmasına hazırlıq işləri görülür. 

 

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

 

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib./Ölkə.Az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system