NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Strateji təpə alındı - Suriya Ordusunu Colan Yüksəkliklərindən 10 km ayırır

Oxundu: 168
"

Suriya Ordusu ötən gün əl-Harrə qəsəbəsini və bu qəsəbənin yerləşdiyi strateji əl-Harrə təpəsini azad edib. Ordunu İsrailin işğal etdiyi Colan Yüksəkliklərindən 10 km ayırır.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu ötən gün Dəra və Qunaytara əyalətlərinin kəsişməsində yerləşən Kəfər-Nasic, Kəfər-Şəms, Ümmul-Usəc, ət-Tihə, Zimrin, Məshərə, Nəmər və sair kənd və qəsəbələrini nəzarətə götürüb.

 

Bu gün isə bölgədə yerləşən əl-Mal qəsəbəsi nəzarətə götürülüb.

 

Bölgələrin bəziləri əhalinin qruplaşmalara təzyiq göstərməsi və sülh saşizi ilə ordunun nəzarətinə keçib. Bölgədə qalmaq istəməyən qruplaşma üzvləri isə ağır silahlarını təhvil verərək, İdlibə gedirlər.

 

Ötən gün əl-Harrə qəsəbəsi və strateji təpəsinin ələ keçməsi ilə Colan Yüksəklikləri zolağındakı kəndlər ordunun nəzarətinə keçib. Ordunu Colanda İsrailin qurduğu postlardan 10 km ayırır.

 

Qeyd edək ki, Suriya Ordusu son bir ayın əməliyyatları çərçivəsində İordaniya sərhəd zolağının bütününü, Dəra əyalətinin 95 faizini azad edib. Əməliyyatlar işğal altında qalan Colan Yüksəkliklərinin sərhəd zolağındakı Qunaytarada davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system