NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Stiven Hokinqin gələcəyə dair qorxunc xəbərdarlıqları

Oxundu: 381
Stiven Hokinqin gələcəyə dair qorxunc xəbərdarlıqları

Çərşənbə günü 76 yaşında vəfat edən ingilis fiziki Stiven Hokinqin gələcəyə dair dedikləri qorxuncdur.

İslaminSesi BBC-ə istinadən bildirir ki, qara dəliklər və ümumi nisbilik nəzəriyyəsi üzrə mütəxəssis olan Stiven Hokinq gələcəyə dair bir sıra açıqlamaları ilə də daim mediada gündəm olub. Onun xəbərdarlıqlarından bir neçəsini sizə təqdim edirik.

 

 1. Başqa planetlərə yerləşmək

Stiven Hokinq bütün yumurtaları eyni səbətə qoymağın əleyhinə olan adam idi. Bu məsələdə səbət anlamını dünya verir. Son on illiklərdə Hokinq hey insanların başqa planetlərə köçməsində israr edirdi. Hokinqə görə Yer kürəsi əvvəl-axır ölümə məhkumdur. Bu planet ya meteor çırpılmasından, ya iqlim dəyişliklindən, ya atom bombasından məhv olmalıdır. 2016-cı ildə verdiyi müsahibədə: "Qarşıdakı 100 ildə başqa planetlərdə məskənlər qura biləcəyiiz texnologuyaya sahib ola bilməyəcəyik. Ona görə yaxın bu müddəti çox diqqətli olmalıyıq".

 

2. Süni intelekt

Mars çizimi

 Hokinq süni intelektin gətirəccəyi fürsətləri danmırdı. Amma hey bu intelektin insan nəslinə son verə biləcəyini söyləyirdi. O özü də insanlarla süni zəka vasitəsi ilə danışırdı, amma bu zəkanın həddindən artıq inkişafının əleyhinə idi. 

 

3. İqlim dəyişikliyi

İspanya'da kuraklık

 Stiven Hokinq dünya üçün ən böyük təhlükələrdən biri kimi iqlim dəyişikliyini hesa edirdi. O ABŞ-ın Paris müqaviləsindən çəkilməsini təlaşla qarşılamışdı. "Geri dönə bilməyəcəyimiz nöqtəyə çox yaxınıq. Tramp bu hərəkəti ilə dünyanı 250 dərəcə istisi olan Veneraya döndərə bilər". 

 

4. Digər kosmin varlıqların qəzəbi

VLA

 Kainatın hər tərəfində insan kimi ağıllı varlıqların siqnalların araşdıran "SETİ" kimi aparatlar mövcud olsa da, Stiven digər canlıların axtarılmasının əleyhinə idi. O bildirirdi ki, bu onların insan nəslini  məhv etməsinə səbəb ola bilər. "Əgər digər kosmik varlıqlar bizi ziyarət etsə bu Kolumbun Amerikaya səfəri kimi olacaq. Bu heç də yerli amerikalılar üçün yaxşı qurtarmamışdı". 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system