Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon?

Oxundu: 79
Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon?

"Fikrimcə, ölkə vətəndaşlarının sayını qəsdən azaldırlar və bu təhlükəli tendensiyadır. Həmin rəqəmlər savadsızlıqdan az göstərilibsə, bu da hökumətin fəaliyyətsizliyinin nəticəsidir”

 

İslaminSesi bildirir ki, Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Seçki Komissiyasının ölkədə 5,2 milyon seçici, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə 2,7 milyon 0-18 yaş arası uşaqların olduğunu deməsi fonunda 10 milyondan artıq əhalisi olan bir ölkədə əhalinin faktiki sayının 7,9 milyon göstərilməsinə münasibət bildirərkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib.

 

Həmsöhbətimiz belə vəziyyətin yaranmasında günahı Dövlət Statistika Komitəsində görür: "Dövlət Statistika Komitəsi bütün aləmi qarışdırıb. Bir tərəfdən deyirlər ki, 5,2 milyon iş qabiliyyətli, seçki hüququ olan əhali var. Təxmini hesablamalarıma görə ölkədə əmək müqaviləsi bağlayanlar 3 milyondan bir qədər artıqdır. Onlardan da bəziləri iki-üç yerdə işlədiyindən əmək müqaviləsi bağlayanların sayı bu qədər artıb”.

 

C. Nuriyev bildirdi ki, Azərbaycanda bu sahədə olan hərc-mərclik dünyanın heç bir dövlətində yoxdur: "Buna son qoymaq lazımdır. Yeni baş nazir iqtisadçıdır. Düşünürəm ki, Əli Əsədov bu kimi neqativ halları aradan qaldırmaq iqtidarındadır və bunu etməlidir. Çünki Dövlət Statistika Komitəsinin məlumatları əksər hallarda Azərbaycanı həddən artıq çətin, biabırçı vəziyyətə salır. Bununla onlar dövlətin imicinə ciddi ziyan vururlar. Görünən odur ki, əhalinin sayı barədə doğru məlumatı gizlədirlər. Çünki ölkə əhalisinin 3 milyona yaxını Azərbaycan vətəndaşlığında qalsalar da, miqrant olaraq xaricə gedib”.

 

Nuriyevin fikrincə, dövlət ya ikili vətəndaşlıq haqqında qanun qəbul etməli, ya başqa dövlətin vətəndaşlığını qəbul edənləri vətəndaşlıqan çıxarmalıdır: "Bunlar olmadığından həmin sahədə ölkədə dəhşətli hərc-mərclik yaranır. Rusiya deyir ki, ölkəsində 3,4 milyon azərbaycanlı var. Ancaq 80-ci illərin sonlarında onların sayı 600 min nəfər idi. Ukraynada 900 min, Avropa ölkələrində isə 600 min azərbaycanlı yaşayır. Bu rəqəmləri isə Statistika Komitəsi gizlədir. Ona görə bu yaxınlarda apardıqları siyahıyaalınma kompaniyası da iflasa uğradı. Bəzi qurumlar prezidentə yalan məlumat verirlər. Bunu da ya bilərəkdən, ya da savadsızlıqdan edirlər. Bütün hallarda bu yolverilməzdir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system