HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 260
Stalinə əbədi lənət olsun! - Ramzan Kadırov

Stalinə əbədi lənət olsun! - Ramzan Kadırov

İslaminsesi-nin topwar.ru-ya istinadla verdiyi məlumata görə, Çeçenistanda ölkənin vətəndaşlarının deportasiya edilmələrindən sonra öz tarixi vətənlərinə qayıtmalarının 60 illiyi münasibətilə tədbirlər keçirilir.

Tədbirdə Çeçenistan rəhbəri Ramzan Kadırov da iştirak edir. Bu münasibətlə sosial şəbəkə vasitəsilə yayımladığı yazıda Ramzan Kadırov çeçen xalqını deportasiya etdiyinə görə keçmiş SSRİ rəhbəri İosif Stalini lənətləyib.

 

Yazıda qeyd olunur:

"Əcdadlarımız qeyri-insani sınaqlarla üzləşdilər, lakin səbir və mətanət möcüzələri göstərdilər. Deportasiya dəhşətlərindən sonra onlar özlərində doğma torpaqlarında yaşamaq və yaratmaq gücü tapdılar. İosif Stalin çeçen və digər xalqları uçurumun kənarına gətirdi. Ona əbədi lənət olsun!"

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system