SSRİ rəhbərlərinin ABŞ-a qaçan uşaqları: "Stalin nəvəsini görsəydi, öldürərdi"

Oxundu: 76
SSRİ rəhbərlərinin ABŞ-a qaçan uşaqları:

SSRİ rəhbərlərindən Nikita Xruşşovun oğlu ABŞ vətəndaşlığı alanda buna təəccüblənən az olmamışdı.

 
Halbuki imperiya funksionerlərinin övladlarından əvvəllər də belə addım atana rast gəlinmişdi. Bizimyol.info sovet baş katiblərinin amerikalı olmaq qərarına gələn yaxınlarını sizə təqdim edir.
 
Stalinin qız nəvəsi
 
İosif Stalin öləndən 13 il sonra – 1966-cı ildə Hindistanda səfərdə olan qızı Svetlana ABŞ səfirliyinə gələrək, bu ölkədə sığınacaq istəmişdi. Svetlana Alliluyeva tezliklə Lana Pitersə çevrildi və amerikalıya ərə getdi. Stalinin qızı dünyadan köçüb, ABŞ-da doğulan nəvəsi Kris Evansın indi 48 yaşı var. Stalin nəvəsini o görkəmdə görmək istəməzdi. Bəzən zarafatla yazırlar ki, görsəydi, öldürərdi. Krisin vintaj əşyaları mağazası var. Pank-qrupda oxuyur, tatuları, 14 pirsinqi ilə fotolar çəkdirməyi xoşlayır. Evans heç rusca danışa da bilmir. Stalinin başqa nəvələri – Svetlananın böyük oğlu və digər qızı Rusiyada yaşamaq qərarına gəlib.
 
Xruşşovun oğlu
 
Nikita Xruşşovun oğlu Sergey elm adamı idi, raketlərin hazırlanması ilə məşğul olurdu. Hətta sosialist əməyi qəhrəmanı adını da almışdı. Amma 1991-ci ildə ilk imkandaca ABŞ-a üz tutdu. Soyuq müharibə tarixi haqda leksiyalar az pul gətirmirdi. ABŞ vətəndaşlığı aldı. İndi isə Beynəlxalq Əlaqələr İnstitutunun professorudur, Providens şəhərində yaşayır.
 
Brejnevin qardaşı qızı
 
Leonid Brejnevin uşaqları Rusiyada qalıb. Nəvələrinin övladlarından ikisi Oksford Universitetini bitirib. Brejnevin qardaşı qızı Lyubov da SSRİ-nin dağılacağını vaxtında hiss etmişdi. 1990-cu ildə imperiyanı tərk etdi, ABŞ-a köçdü. Doqquz il sonra orada yazdığı kitabı elə beləcə də adlanırdı: “Brejnevin qardaşı qızı”.
 
Qorbaçovun qızı
 
Mixail Qorbaçovun qızı İrina Virqanskaya SSRİ-də tibb təhsili almışdı. Elmi fəaliyyətlə məşğul idi. İndi San-Fransiskoda yaşayır. Elə Qorbaçov fondu da orada yerləşir. İrina fondun vitse-prezidentidir. SSRİ-nin birinci və son prezidentinin qızı Rusiyaya qayıtmağı düşünmür. Hərçənd, İrinanın qızı Rusiyada yaşayır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system