“SSRİ qanunsuz dövlət olub” fikrinə Kremldən münasibət

Oxundu: 80
“SSRİ qanunsuz dövlət olub” fikrinə Kremldən münasibət

Kreml Rusiya Federasiyasının həm de-yure, həm də de-fakto SSRİ-nin varisi olduğunu hesab edir.

Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Konstitusiya Məhkəməsinin hakimi Aleksandr Aranovskinin Rusiya dövlətinin statusu ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

 
Peskov bildirib ki, bu, Konstitusiya Məhkəməsi hakiminin şəxsi rəyidir, bu cür fikirlərin yayımlanması praktikası mövcuddur: "Biz bu məsələni şərh etmək istəmirik”.
 
Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovski SSRİ-ni "qanunsuz yaradılan bir dövlət" adlandıraraq Rusiya Federasiyasını SSRİ-nin "repressiya-terror aktlarının" varisi hesab etmədiyini deyib.
 
Qaynarinfo 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system