Sözünə əməl etmyən şəhər merini iplə bağlayıb, küçədə sürüdülər - VİDEO

Oxundu: 308
Sözünə əməl etmyən şəhər merini iplə bağlayıb, küçədə sürüdülər - VİDEO

Meksikada şəhər merini iplə avtomobilə bağlayıb, küçədə sürüdülər.

İslaminSesi Rusiya mətbuatına istinadən xəbər verir ki, Meksikada bir qrup şəxs Las- Marqaritas bələdiyyəsinin meri Xorxe Eskandonanı iplə avtomobilə bağlayaraq, küçədə sürüyüblər. Bildirilir ki, bununla şəhər sakinləri merin işinə etiraz ediblər.


Məlumata görə, X.Eskandona  yolları düzəldəcəyinə söz versə də, o bir müddət sonra bu sözündən qaçıb.  Merin köməyinə gələn polis və əhali arasında qarşıdurma yaşanıb. Nəticədə 30 nəfər saxlanılıb, 11 nəfər isə xəsarət alıb. /Yeniavaz.com/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system