NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 183
Soyuq hava şəraitində viruslar artır - Baş infeksionist

Soyuq hava şəraitində viruslar artır - Baş infeksionist

Qarın yağması virusların yayılmasını artırır.

"İslaminSesi.info" xəbər verir , Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

 

Onun sözlərinə görə, əksər viruslar mənfi yeddi dərəcəyə qədər davamlıdır.

 

“Lakin “qar yağsa və soyuqlar olsa, viruslar öləcək” deyimi düzgün deyil. Əksinə soyuq havalarda, qış fəsillində, virus xəstəlikləri, kəskin respirator xəstəliklərin sayı artır”. 

 

Baş infeksionist qeyd edib ki, soyuq yox, isti hava şəraiti viruslar üçün daha təhlükəlidir:

 

“Günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır. Lakin xəstəliklər isti iqlim qurşaqlarında, tropik zonalarda yağışlar dövründə nisbətən artır. Buna da səbəb yağışdır. Yağış yağan zaman hava soyuyur, nəticədə virusların qalma dövrü bir qədər artır”. 

 

Cəlal İsayev əlavə edib ki, ölkəmizdə xəstəliklərə yoluxma daha çox noyabr ayının sonlarından başlayıb soyuq düşənə qədər, yəni təxminən martın ortasına qədər davam edir: 

 

“Ümumiyyətlə, soyuq hava şəraitində insanın immun sistemi zəifləyir, lakin qışda insanın immun sistemin zəifləməsin əsas səbəblərdən biri meyvə-tərəvəzdən geniş istifadə etməməsidir. Yəni bu aylarda həmin qidalar ya olmur, yada çox aşağı keyfiyyətdə olur”.oxu.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system