NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 136
 Şotlandiyada rahibələrin idarə etdiyi yetimlər evi sakinlərinin kütləvi məzarlığı aşkar edilib

Şotlandiyada rahibələrin idarə etdiyi yetimlər evi sakinlərinin kütləvi məzarlığı aşkar edilib

Şotlandiyada yerləşən qəbiristanlıqlardan birində katolik rahibələrin rəhbərlik etdiyi uşaq evinin sakinlərinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi qəbirdə ümumilikdə 400-dən çox uşaq dəfn olunub.

 

İslaminSesi vesti.ru-ya istinadla xəbər verir ki, uşaqlar Lanark şəhərində müqəddəs Meri qəbiristanlığında adsız məzarlarda dəfn olunub. Bütün bu uşaqların bu şəhərdə 1864-cü ildən 1981-ci ilə qədər fəaliyyət göstərən "Smallom Park" uşaqlar evinin yetirmələri olduğu ehtimal edilir. Bu müəssisədə zamanında cəmi 10 minə yaxın uşaq tərbiyə edilib.

 

Картинки по запросу Hundreds of children’s bodies from Smyllum Park

 

Şotlandiyanın sabiq birinci nazir Cek Makkonnell bildirib ki, bu qədər uşağın burada imzasız qəbirlərdə dəfn edilməsini öyrənmək qorxulu idi.

"Bu qədər uzun müddətli susqunluqdan sonra biz burada əslində nəyin baş verdiyini öyrənməliyik"

 

Guardian  agentliyi yazır ki, məzarlarda dəfn edilən uşaqların əksəriyyəti 1870-ci ildən 1930-cu il arasında vəfat edib və onların üçdə birinin yaşları 5-ə dək olub.

 

Uşaqlar evi Vikent de Polun (Vinsent de Pol - katolik rahibi) mərhəmət qızları ordenli rahibələr tərəfindən idarə edilirdi. Şotlandiya hökuməti uşaqlara qarşı zorakılığın mütəmadi olaraq aparıldığı iddiası ilə bu müəssisə barəsində istintaq aparır. Ordenin təmsilçiləri ünvanınlarıa olan bütün ittihamları inkar edir və istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər.

 

Картинки по запросу Hundreds of children’s bodies from Smyllum Park

Картинки по запросу Hundreds of children’s bodies from Smyllum Park

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system