NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1513
Sosial şəbəkələrin gündəminə çevrilən qolu sarğılı süpürgəçi qadın vəzifəli şəxsin övladı imiş - VİDEO

Sosial şəbəkələrin gündəminə çevrilən qolu sarğılı süpürgəçi qadın vəzifəli şəxsin övladı imiş - VİDEO

Bakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb

İslaminSesi xəbər verir ki, 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür.

 

Uzun müddət Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işləyib. Ora bağlandıqdan sonra küçədə daşların üstündə yatıb.

 

Ərazidə yaşayan insanlar onu Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzəldiblər. 10 ildir ki, qadın burada işləyir və süpürgəçilərin xidməti otağında kiçik bir yerdə yaşayır.

 

Məlumata görə, qadın əslən iranlıdır. Atası vaxtilə Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb.

 

Qadının yaşadığı yerə yollandıq. Lakin onu evində tapa bilmədik.

 

Alaverdova Nelya ilə birlikdə işləyən Güllizar Vəliyeva bildirib ki, bu gün səhər saatlarında qadın qaldığı yerdən çıxıb:

 

“Burada yaşadığı yerdə yıxılıb və qolunu əzib. Kömək etdik. Mənzil Kommunal Təsərrüfat Birliyindən Abbas müəllim gəlmişdi. Ona Nelyanın yıxıldığını dedik. O da dedi ki, hazırlaş, səni həkimə aparacağıq.

 

Özü harasa getdi və həkimi hardan tapdı, bilmirik. Qolunda sarğı ilə gəldi. Bu gün səhər saat 6-da biz işə çıxanda burada idik. Özü hara gedib bilmirik”.

 

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin şöbə müdiri Fərhad Qənbərov deyir ki, Nelya 2010-cu ildən 4 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində işləyir:

 

“Həmin ilin mart ayında bizim qurumun rəisi görüb ki, Fikrət Əmirovun heykəli tərəfdə bir qadın soyuqdan donur. Ondan niyə burda olduğun soruşub.

 

Nelya bildirib ki, qalmağa yeri yoxdur. Onu süpürgəçilərin xidməti otağına gətirib. Burada yer ayırıb və əşyalarını qoyublar. Həmin müddətdən bu ərazidə işləyib və qalıb”.

 

Fərhad Qənbərov bildirib ki, qadın dünən icazəsiz ərazini təmizləməyə çıxıb:

 

“Qolu əzildiyi üçün işə buraxılmırdı. Biz ərazini təmizləməyə işçi göndərən zaman üzərlərində qurumun gödəkçəsi olur. Dünən şəkil çəkilən zaman gödəkçəsi olmayıb. Onun burada pişikləri var. Onları yemləməyə çıxıb. Əlində süpürgə olub, çəkiblər”.

 

 

 
 
 
 
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system