ÖLKƏ

Oxundu: 1122
"

Sosial şəbəkələrin gündəminə çevrilən 9 nömrəli Sumqayıt avtobusu ilə bağlı videoreportaj

Sumqayıt şəhərinə bir neçə gündür ki, yeni 9 nömrəli marşrut avtubusları gətirilib. Bu avtobuslar bir çox üstünlüklərə malik olsalar da, şəhər sakinləri yeni 9 nömrələrdən o qədər də razı görünmürlər

Sözügedən nəqliyyat vasitələrindən istifadə edən sakinlər mikroavtobusların həcmindən gileylənirlər. Belə ki, marşrut avtobusları kondisioner, qızdırıcı və əlilliyi olan şəxslər üçün panduslarla təchiz olunsa da, ölçülərinə görə çox kiçikdirlər. "KARSAN” markalı avtobuslar 26 nəfər sərnişin tutumuna malikdir. 11 nəfərin otura , 15 sərnişinin isə ayaqüstə gedə biləcəyi avtobusların fəaliyyəti sakinləri qane etmir.

 

Lakin çəkiliş apardığımız zaman bu mikroavtobusların fəaliyyətindən razılığını bildirən sərnişinə də rast gəldik.


Qeyd edək ki, çəkiliş zamanı bəzi dayanacaqlara 9 nömrəli marşrut avtobuslarının gec gəldiklərini müşahidə etdik. Bundan əlavə avtobuslar dolu olduğundan sürücülər dayanacaqlarda saxlamırdılar. Bu isə öz növbəsində sərnişinlərin əlavə vaxt itkisinə səbəb olurdu.


Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Seyfulla Əsədullayevlə əlaqə saxladıq. Seyfulla müəllim məsələyə bu cür aydınlıq gətirdi.

 

Ümid edirik ki, tezliklə xəttə buraxılan 9 nömrəli mikroavtobuslar sayı artırılacaq və sərnişinlərin canı sıxlıqdan birdəfəlik qurtaracaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system