NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Oxundu: 209
“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Sosial şəbəkələrdən istifadə edən insanlara bu virtual həyat nəinki təsir edir, həm də real həyatlarında mühüm rol oyynayır. Bu fikirlər “Gələcəyə Baxış” Avropaya İnterqasiya İctimai Birliyinin “Ailə problemlərində sosial şəbəkələrin rolunun tədqiqi” layihəsi ilə bağlı keçirilən tədbirdə bildirilib.

 

İctimai Birliyin və layihənin rəhbəri Bəsti Nəsibova qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan bu layihə çərçivəsində Mingəçevir, Yevlax, Gəncə və Tovuzda da seminarlar olub:

 

“Seminarlarda diqqətimizi ən çox çəkən məqam o oldu ki, orta və yaşlı nəsil gənclərin sosial şəbəkələrdə həddindən artıq olduqlarını, bu şəbəklərdən  məlumat almaq üçün deyil, yazışmalar üçün daha çox istifadə etdiklərini  qeyd edirlər. Seminarlda iştirak edən müəllimlər şagirdlərin dərsə mobil telefon gətirməkdən çəkinmədiyini də bildirirlər. Şagird və tələbələr isə internet və sosial şəbəkələrdən onlara lazım olan məlumatların əldə edilməsi, dərs vəsaitlərinin elektron formasından yararlanmaq üçün istifadə etdiklərini bildirirlər”.

 

Birliyin sədri onu da vurğulayıb ki,  gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsi üçün maarifləndirmə aparılmalıdır.

 

“Çünki  sosial şəbəkələrə olan aludəçilik onların gələcək karyeralarını da kölgə altında qoya bilər.  Bunun nəticəsində gənclər sosial şəbəkələrdən faydalı müzakirələr, təhsil və dünyagörüşlərini artırmaq, hətta kiçik biznesini qurmaq üçün istifadə edə bilərlər. Bu isə internet resurslarından səmərəsiz istifadənin qarşısını alacaq və şəbəkələrdən doğru istifadəyə şərait yaradacaq”.

 

Etnoqlobus  saytının rəhbəri, psixoloq Gülnarə İnanc deyib ki, bu gün insanların əksəriyyəti həyatlarını sosial şəbəkələrsiz təsəvvür etmirlər:

 

"Amma bunun da xeyirli və ziyanlı tərəfləri var. Dünya psixoloqları deyir ki, informasiya axını çoxdur, insanın bu qədər informasiyanı oxuması və öyrənməsi çətindir. Müasir psixologiya deyir ki, sosial şəbəkələr və telefona bağlılıq narkotik kimi zərərlidir və bu bir faiz narkotik asıllığı deməkdir.  Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Bu da insanları real həyatdan qoparır. Özünə qapanır, öz dünyasını yaradır və sonradan canlı ünsiyyətdən qaçır. Bunlar da insan psixologiyası üçün çox ziyanlıdır”. 

 

Gülnarə İnanca görə, xüsusilə gənclər bu problemlərin içindədir. Çünki onlar daha çox sosial şəbəkələrdən istifadə edirlər. Sosial şəbəkələrdə uşaqlara aid olmayan oyun növləri yaradılır və bu da uşaqların psixologiyasına təsir edir. Ailədə qadın və kişi sosial şəbəkələrdə vaxt itirir və bu da ailənin inkişafına təsir edir və hətta boşanmaya səbəb olur. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system