Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları

Oxundu: 192
Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları

Sosial media hesablarının təhlükəsizliyi insanların çox önəm verdikləri məsələlərdəndir. Bəs, sosial şəbəkə hesablarını yetərincə güvəndə saxlamaq üçün nələrə diqqət etmək lazımdır?

Bunun üçün öncə sosial şəbəkə hesablarına xüsusi qəliz parollar qoyulmalıdır. Çətin parol dedikdə başqalarının asanlıqla tapa bilməyəcəyi parollar nəzərdə tutulur. Məsələn, şifrə qoyarkən aşağıdakı qaydalara riayət etmək lazımdır:

 

- Şifrənizi kimsə ilə paylaşmayın.

 

- Qırılması çətin olan parollardan istifadə edin, qarışıq simvollara üstünlük verin. Məsələn, böyük hərf, kiçik hərf və rəqəmləri qarışıq şəkildə istifadə edin. Hətta “?”, “!” kimi simvollardan yararlanmaqda da fayda var. Məsələn, “oRneK158!”.


- Ən azı 8 simvoldan istifadə edin.


- Simvolları təkrarlamayın. Məsələn, “123123” şifrəsi asanlıqla tapıla bilər.


- Çox insanın istifadə etdiyi şifrələrdən qaçın. Məsələn, çoxları sosial şəbəkə hesablarında ad, yaş və digər əlamətləri bildirən simvollardan istifadə edir.


- Sizin üçün əsas olan hansısa cümlənin baş hərflərindən istifadə edin.


- Sözlərdə bəzi hərflərin yerinə, oxşar rəqmlərdən yararlanın. Məsələn, Başlanğıc sözünün əvəzinə “8aş1Ang1c” yaza bilərsiniz.


- Yalnız sosial şəbəkə hesabınız deyil, email adresinizin güvənli olması da önəmlidir. Elektron poçt ünvanınız ələ keçirilsə, digər sosial şəbəkə hesablarınızı qırmaq o qədər çətin olmayacaq.


- Hesabınıza başqa cihazlardan da daxil olmusunuzsa, mütləq çıxış verin.

/ted.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system