“Sosial ev”lər 12 saniyədə satılıb - Ekspertdən açıqlama

Oxundu: 76
“Sosial ev”lər 12 saniyədə satılıb - Ekspertdən açıqlama

Bu gün Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlı satışı keçirilib. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ümumilikdə 570 mənzilin satışına bu saat saat 11:00-da başlayıb.

 

İslaminSesi Bizimyol.info - ya istinadən xəbər verir ki, onlayn satış prosesini müşahidə edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, satış 12 saniyə çəkib.

 

“MİDA -nın bu dəfəki onlayn mənzil satışında ilk mənzil seçimi təxminən 12 saniyə çəkdi. Ötən onlayn satışlarda adətən ilk seçimə 6-7 saniyə sərf olunurdu. Bu gün, ilk dəfə olaraq tətbiq olunan yeni texnologiyaya əsasən iddiaçılar seçim prosesində əlavə olaraq 12 simvolu da sistemə daxil etməliydilər. MİDA bunu robot-seçimlərə qarşı tətbiq edib”,-deyə O.Gündüz bildirib.

MIDA - mənzil satısı

Ekspertin sözlərinə görə, mənzillərin onlayn satışı ilə bağlı yaradılmış qərargahın üzvləri olan MİDA, Xüsüsi Dövlət Mühafizə Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnoogiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzi, “ASAN Ximət”, “Delta Telekom” şirkəti və mobil operatorlar sistemin normal çalışdığını, kənar müdaxilənin olmadığını bildiriblər: “570 mənzilin onlayn satışı təxminən 1 dəqiqə ətrafında başa çatıb. Onlayn satış prosesinə təxminən 3800 iştirakçı qatılıb”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system