NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 94
Son həftədə Myanmada ölən müsəlman uşaqların sayı açıqlanıb

Son həftədə Myanmada ölən müsəlman uşaqların sayı açıqlanıb

Son həftə ərzində Myanmanın Banqladeşlə sərhəddində yerləşən Kukəs bazar məntəqəsində 200-ə yaxın uşaq ölüb.

İslaminSesi.info əl-Aləmə istinadən xəbər verir, Banqladeşin Dəkka-Tribune qəzeti, Rohinca düşərgələrindən gələn bir həkimə istinadən yazır: "Qidalanma və tibbi təchizatın olmaması uşaq ölümləri ilə nəticələnir".

Bir şərhçi qəzetdə açıqlayır ki: "Uşaq ölümlər qida və su olmaması və soyuqdəymə ilə əlaqədar xəstəliklərin yayılması səbəbiylə daim artmaqdadır."


"Mən təkcə üç gündə təxminən 11 uşağı dəfn etdim" dedi.


Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq qidası və sağlam qayğının olmamasını, həmçinin anaların uşaqları yedirməyə südlərinin olmamasını qeyd edib.
Hətta qaçqın müsəlmanlar arasında yüzlərlə uşağın dünyaya gəldiyi qeyd olunur.


Myanmar ordusu ölkənin qərbində yerləşən Arakan (Rakine) rayonunda müsəlmanlara qarşı soyqırım edirlər.


Bu soyqırımı qurbanları haqqında dəqiq bir statistik məlumat yoxdur, lakin insan hüquqları müdafiəçisi Arakan İmran əl-Arakani, Anadoluya verdiyi şərhlərində 7500 adamın öldüyünü, 6 sentyabra qədər isə 6500 yaralının olduğunu bildirib. Ümumilkdə ev-eşiyindən 270 min müsəlman qaçqın düşüb.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, Rohinca qaçqınları Myanma-Banqladeş sərhədində ümidsizliyin yayıldığı və infrastrukturanın olmadığı sərhəd düşərgələrində tərk olunublar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system