NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 264
Son dövrün ən böyük təxliyəsi – Suriya şiələri niyə öz bölgələrindən köçürüldü?

Son dövrün ən böyük təxliyəsi – Suriya şiələri niyə öz bölgələrindən köçürüldü?

Fua və Kəfərya Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin şiələr yaşayan qəsəbələrindəndir. əl-Qaidənin Suriya qolu “ən-Nusra Cəbhəsi” 2014-cü ildən bu iki qəsəbəni mühasirədə saxlayır. Qəsəbələr və orada yaşayan təqribən 40 min sakin ötən gün tamamilə təxliyə edilərək, Hələbdə qaçqın düşərgələrinə yerləşdirilib. Onlar niyə köçürüldü?!

İslaminSesi.info – Suriya Ordusu son iki ayda İordaniya sərhədi zolağı istiqamətdə naliyyətli əməliyyatlar həyata keçirdi. Bu əməliyyat çərçivəsində Dəra əyaləti və İordaniya sərhəd zolağı tamamilə “ən-Nusra Cəbəhəsi” və “Azad Suriya Ordusu” qruplaşmalarından azad edildi. Hazırda isə Suriya Ordusu İsrailin işğal ediyi Colan Yüksəklikləri ilə sərhəd zolağındakı Qunaytara əyalətini “Ən-Nusra Cəbhəsi”ndən almaqdadır. Digər məlumata görə artıq Qunaytaradakı “ən-Nusra Cəbhəsi” bölgəni tərk edərək, İdlibə getməyə razılıq verib. Həmin İdlib ki, Şərqi-Qutada, Qərbi-Qutada, əl-Qəlamunda, Homsun şimalı və sair bölgələrdə mühasirəyə düşən radikal qruplaşmalar da son anda atəşkəsə razılıq verərək ora (İdlib) yollanmışdılar.

 

Suriya silahlı müxalifətinin hazırda vuran qolu “ən-Nusra Cəbhəsi” İdlib əyalətinin (Suriya müxalifətinin nəzarətdə saxladığı yeganə əyalət) əksər hissəsini nəzarətdə saxlayır. İdlibdə bir neçə yerdə post quran Türkiyə qüvvələri ilə onlar arasında əyalətin idarəsi və təhlükəsizliyi haqda sıx koordinasiya mövcuddur. Nəzərə alınsa ki “ən-Nusra Cəbhəsi” Qunaytaradan da çıxır və ya tezliklə çıxacaq, bu o deməkdir ki, artıq bu terror təşkilatı Suriyanın heç bir yerində ordunun mühasirəsində qalmayıb. Olduğu İdlib əyaləti isə qərb və şimaldan Türkiyə sərhədləri ilə qorunur.

 

 “ən-Nusra Cəbhəsi” son 4 ildə mühasirədə saxladığı Fua və Kəfərya qəsəbələrini bir neçə dəfə almağa can atıb, lakin ağır itkilər verib. Eksperlərin fikrinə görə “ən-Nusra Cəbhəsi” Suriyanın digər bölgələrində ordunun və Hizbullahın mühasirəsində qalan qruplaşma qardaşlarına görə Fua və Kəfəryaya da istədiyi kimi hücum edə bilmirdi. Çünki bu hücuma qarşılıq verilirdi.

 

Ötən günlərdə Fua və Kəfərya qəsəbələrinin təxliyəsinə gəldikdə isə bu yaxın gələcəkdə iki qəsəbə sakinlərinin qətliam ediləcəyi ehtimalı ilə bağlıdır. Çünki Qunaytara əyalətində sıxışdırılan “ən-Nusra Cəbhəsi” ağır silahlarını təhvil verib İdlibə getdikdən sonra artıq onlara təzyiq amilləri də bitmiş olacaq. Bu isə o deməkdir ki, Fua və Kəfəryada yerdə qalan 10 mindən artıq sakini ciddi hücumlar və qətliamlar gözləyə bilər.

 

Suriya münaqişəsi tarixində bu bir neçə dəfə təkrarlanıb. Məsələn əl-Qəlamunda Zəbədani bölgəsi Suriya Ordusu və Hizbullahın mühasirəsində qaldığı kimi Fua və Kəfərya da “ən-Nusra Cəbhəsi” və sair qruplaşmaların mühasirəsində saxlanılırdı. Birinə edilən hücum qarşı tərəfin cavabı ilə nəticələnirdi.

 

Qeyd edək ki, son iki ildə Suriya münaqişəsini yoluna qoyan və onu yekun həllə yaxınlaşdıran da atəşkəs və sülh anlaşmaları olub. Belə ki, mühasirədə qalan və ya atəşkəs istəyən silahlılar olduğu bölgədə qalmaq istərsə silahlarını orduya təhvil verməli, vəziyyətlərinə aydınlıq gətirildikdən sonra hökumətin nəzarətində yaşaya bilirlər. Hökumətin nəzarətində yaşamaq istəməyən qruplaşma üzvləri isə yalnız yüngül silahlarıyla İdlibə gedirlər. Cari ildə Şərqi və Qərbi Quta rayonları da silahlı birləşmələrdən belə təmizlənib. O zaman qərb, körfəz ərəb dövlətləri və Türkiyə bu anlaşmaları pisləyir və onu irqi və məzhəbi və demoqrafik təmizləmə kimi qiymətə verirdilər. Ötən gün Türkiyə Xarici İşlər Nazirliyi İsraillə “sərhəd” zolağından “ən-Nusra Cəbhəsi”nin çıxarılmasına və burada Suriya Ordusunun yerləşməsinə də etiraz edib. Amma rəsmi Ankara sərhədəri yaxınlığında yerləşən Fua və Kəfəryadan 50 min şiə və ələvinin təxliyəsinə münasibət bildirməyib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system