SON DƏQİQƏ: Rusiya ordusu Qazaxıstana ballistik raket atdı - FOTO

Oxundu: 71
SON DƏQİQƏ: Rusiya ordusu Qazaxıstana ballistik raket atdı - FOTO

Rusiya ordusunun atdığı “İsgəndər-M” ballistik raketi Qazaxıstanın Aqtöbe şəhərinə düşüb.

İslaminSesi Rusiya mənbələrinə istinadən xəbər verir ki, mərmi boş əraziyə düşdüyündən tələfat qeydə alınmayıb. Bildirilir ki, raket təlim zamanı Rusiyanın Həştərxan vilayətindəki kosmik bazadan atılıb. Lakin raket şərti hədəfə tuş gəlməyib. Hadisədən dərhal sonra Rusiyanın hərbi diplomatları qazaxıstanlı həmkarları ilə əlaqə quraraq vəziyyət barədə söhbət aparıblar.

 

Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, raketin düşdüyü ərazi mühasirəyə alınıb. Ölü və yaralılar yoxdur. Hadisə barədə araşdırma aparılır./publika.az/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system