SON DƏQİQƏ: Ölümcül virus Azərbaycana doğru yaxınlaşır - Avropaya çatdı...

Oxundu: 1377
SON DƏQİQƏ: Ölümcül virus Azərbaycana doğru yaxınlaşır - Avropaya çatdı...

Çinin Vuhan şəhərində ortaya çıxan "Korona" virusu dünyada narahatlıq yaradıb.

 

İslaminSesi Redaktor.az - a istinadən xəbər verir ki, 17 nəfərin ölümünə səbəb olan virusa Səudiyyə Ərəbistanı, Vyetnam və İngiltərədə də yoluxanlar var. 

 

Ölümcül virusa bundan əvvəllər Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib. 

 

Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb. 

 

"Korona" virusunun əlamətləri

 

“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir. 

 

"Korona" virusunun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi. 

 

Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.

 

"Korona" virusunun müalicəsi

 

"Korona" virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.

 

Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system