SON DƏQİQƏ - Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər təhlükədədir /YENİLƏNİB/

Oxundu: 3185
SON DƏQİQƏ - Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər təhlükədədir /YENİLƏNİB/

Bakıda hündürmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, əraziyə cəlb edilən xilasedicilər bina sakinlərini təxliyə edə biliblər. 

 

Yanğın binanın elektrik xətlərindən başlamışdı. Binanın sakinləri bildirmişdilər ki, onları təxliyyə etmək mümkün olmur.

 

******************************************************************

Bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

 

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

 

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system