DÜNYA

Oxundu: 82
Son 5 gündə İdlibdə məhv edilən terrorçuların sayı açıqlanıb

Son 5 gündə İdlibdə məhv edilən terrorçuların sayı açıqlanıb

Suriya Ordusu və müttəfiqləri son 5 gündə İdlib əyalətinin cənub-şərqində gedən döyüşlərdə 107 terrorçunu məhv edib

İslaminSesi.info bu barədə əl-Aləm telekanalına istinadla xəbər verir.

 

Bildirilib ki, öldürülən terrorçular “Heyət Təhrir-Şam” (ən-Nusra Cəbhəsi), “Hizb Türkistani” və onlara bağlı olan müxtəlif birləşmələrin ünsürləridirlər.

 

Qruplaşmalar da iddia edir ki onlar bu cəbhədə onlara suriyalı əsgəri öldürüblər.

 

Hazırda Hələb, Həma və İdlib əyalətinin kəsişdiyi bölgə şiddətli döyüşlərin şahididir. İdlib əyalətinin cənub-şərqində qruplaşmalar Suriya Ordusunun irəliləməsinin qarşısını ala biliblər. Lakin Ordu Hələb əyalətinin cənub-qərbinin əksər bölgələrini (təqribən 40 kənd) azad edə bilib.

 

Bu döyüşlər Suriya silahlı muxalifəti üçün çox taleyüklü məsələdir. Suriya Ordusu bu cəbhə boyunda yerləşən strateji Əbu-Duhur hava limanını ələ keçirmək istəyir. Hazırda ordu bu hava limanının 2 km məsafəsindədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system