NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub

Oxundu: 184
Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub

"Son 3 ay ərzində ETSN-in Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub".

"İslaminSesi.info" Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

 

U.Tağıyevanın sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb: "Tullantıların düzgün idarə olunmamasına görə "Azadlıq Residence" MMC, "Cavid-2016" MMC, "Elite City" MMC barəsində protokollar tərtib edilərək məsuliyyətə cəlb olunublar. Eyni zamanda "Bina" MTK, "Bizim Ev" MMC, "Pilot-İnşaat A" MMC, "Retro Holding" MMC, "Azəri Tikinti Şirkəti" MMC, "İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim" Şirkəti, "Grand Plaza" MMC, "Malibo" MMC, "Araz-2011A" MMC, "N-Turan" MMC, "Kəmər İnşaat" MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib".

 

Nazirlik rəsmisi bildirib ki, ETSN bu obyektlərin bağlanmasının tərəfdarı deyil:

 

"Heç kimin belə fikri yoxdur ki, tikintilər dayandırılsın, karxanalar olmasın. Bu mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz gabağındadır. Lakin bu gözəl işlər, gərək əhalinin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın. Olmaz ki, həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsiт? Əlbəttə ki olar. Buna görə müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji normalara uyğun qurmalıdırlar.

 

Nazirliyimiz tərəfindən bu məsələyə ciddi nəzarət var. Buna görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır. Və dediyimiz kimi qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır. Hər bir vətəndaşın təmiz ətraf mühitdə yaşamaq hüququ var".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system