NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 186
Son 2 ildə ilk dəfə olaraq; İran və səudiyyəli nazirlər ikitərəfli görüş keçiriblər

Son 2 ildə ilk dəfə olaraq; İran və səudiyyəli nazirlər ikitərəfli görüş keçiriblər

Vyanada OPEC-in toplantısı çərçivəsində İranın və Səudiyyənin neft nazirləri ikitərəfli görüş keçirərək, yeni neft siyasətinin addımlarını müzakirə ediblər.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, bunu İran Parlamentinin Rəyasət Şurasının sözçüsü Behruz Neməti deyib.

 

B.Neməti Vyanada OPEC-in toplantısı çərçivəsində baş tutan Səudiyyə-İran görüşünün çox yaxşı keçdiyini bildirib.

 

İran Parlamentinin Rəyasət Şurasının sözçüsünün məlumatına görə bu ikitərəfli görüş o qədər mühüm olub ki, hətta OPEC-in toplantısı da buna görə təxirə düşüb.

 

Məlumata əsasən İran nefti naziri Bijən Zəngənə ilə Səudiyyə neft naziri arasında baş tutan görüş OPEC-in neft hasilatının artırılması ilə bağlı olub və Səudiyyə tərəfi İrandan neft hasilatının artırılmasına razılıq verməsini istəyib.

 

Qeyd edək ki, Səudiyyə, BƏƏ və Bəhreyn 2015-ci ildə İranla diplomatik əlaqələri dayandırıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system