NAMAZ VAXTLARI:
  • FƏCR 06:04
  • GÜN 07:28
  • ZÖHR 12:25
  • ŞAM 17:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 342
Son 1 ildə İŞİD-ə qoşulan 151 vəhhabi Azərbaycan vətəndaşlığından çıxarılıb - DTX

Son 1 ildə İŞİD-ə qoşulan 151 vəhhabi Azərbaycan vətəndaşlığından çıxarılıb - DTX

“Dünyanın müxtəlif yerlərində hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.

İslaminSesi “Report”un xəbərinə istinadən bildirir ki, bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.

 

O qeyd edib ki, buraya son illərdə geniş vüsət almış dini radikallaşma meyillərinin güclənməsi, dini pərdəaltında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar aiddir: “Təəssüflər olsun ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında ölkəmizə yaxın Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulan 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son 1 ildə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system