NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şok! Bin Salman Qaşıqçi hadisəsinə görə Ərdoğana 5 milyard dollar rüşvət təklif etdi

Oxundu: 2976
Şok! Bin Salman Qaşıqçi hadisəsinə görə Ərdoğana 5 milyard dollar rüşvət təklif etdi

Səudiyyə rəhbərliyi təşviş içindədir.

İslaminSesi – Səudiyyəli yazıçı və jurnalis Camal Qaşıqçi olayı demək olar ki, dünya mediyasının diqqətindədir.

 

"Farsnews"-un verdiyi məlumatə əsasən, “Washington Post” qəzeti yazır ki,  türkiyəli rəsmilər amerikalı həmkarlarına səudiyyəli jurnalistin ölüm və işkəncələrini əks etdirən görüntülərin, hətta səs yazılarının olmasını bildiriblər.

 

Bu səbəbdən Səudiyyə rəhbərliyi təşviş içindədir.

 

İraqın “Əsrar Mediya” portalına istinadən verilən məlumata görə, Türkiyənin Livandakı səfiri Hakan Kakil yüksək səviyyəli avropalı rəsmiləri ilə görüşü zamanı İbn Salmanın Ərdoğana böyük miqdarda ruşvət təklif etdiyini deyib.

 

Hakan Kakil deyib: Səudiyyə vəliəhdi (İbn Salman) Türkiyə prezidentinə 5 milyard dollar təklif edib ki, Ali-Səudu tənqid edən jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində yoxa çıxmasına dair  işə xitam versin.

 

Qeyd edək ki, Camal Qaşoqçi oktyabrın 2-də Ərəbistanın İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşüb. O,Səudiyyə rejmini tənqid edən sərt yazılar yazdığı üçün Ərəbistandan kənarda yaşayırdı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system